Bərdə sakini dərman içərək intihar edib.

"Unikal"ın məlumatına görə, Bərdə rayon Gərənə kənd sakini 1976-cı il təvəllüdlü Mustafayeva Aynur Əliağa qızı yaşadığı evdə bir neçə ədəd dərman içərək intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həsən Adıgözəlov