Suriya xarici işlər naziri Feysəl Meqdad İran rəsmiləri ilə görüşüb. 

"Unikal"  İran KİV-lərinə  istinadən xəbər verir  ki, görüş Tehranda baş tutub. O, iranlı həmkarı Əmir Abdullahian ilə  iqtisadi-siyasi danışıqlar aparıb. 

Görüşdən sonra Əmir Abdullahian jurnalistlərə  açıqlamasında,  "İranla Suriya arasında hərtərəfli texniki-mühəndislik proqramları, müxtəlif sahələrdə Suriyanın yenidən qurilmasında iştirak və özəl sektorun ticarət sahəsindəki əməkdaşlığı həyata keçirilib", - deyə  bildirib. 

Xatırladaq ki, qısa bir müddət öncə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası İran istehsalı avtomobillərin lisenziyasının ötən bir il yarım ərzində Suriya dövləti tərəfindən ləğv edildiyini qeyd edib. Bu isə İranın Suriyada avtomobil istehsalı karxanası açması ilə eyni vaxta təsadüf edir.

 Gülayə  Mecid