Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələr Günündə Donbas cəbhəsinə səfər edib.

"Unikal" xəbər verir  ki, Ukrayna Rəyasət Heyətindən verilən məlumata görə, prezident Vladimir Zelenski səfəri çərçivəsində cəbhədə olan 5 əsgəri dövlət medalı ilə təltif edib.

Zelenski əsgərlərə "Mən bu gün sizinlə olmaqdan şərəf duyuram. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruduğuma görə minnətdaram" , - deyə  ifadə  işlədib. 

Gülayə  Mecid