ABŞ vətəndaşı Rusiyada həbs edilib.

"Unikal" xəbər verir ki, Amerikanın Moskvadakı diplomatik missiyasının sözçüsü Ceyson Rebholz məsələyə münasibət bildirib. 

"Biz ABŞ vətəndaşının həbsi ilə bağlı məlumatlardan xəbərdarıq, lakin məxfilik səbəbi ilə bu məsələni şərh edə bilmərik", - Amerika diplomatik missiyasının sözçüsü bildirib.

Qeyd edək ki, daha əvvəl yerli KİV-lər narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən ABŞ vətəndaşı Mark Vogelin Moskva istintaq təcridxanalarından birində olduğunu yazıb.

Ağarza Elçinoğlu