Bir neçə gündür ki, Çin Qida Fermentasiya Sənayesi elmi-tədqiqat akademiyasının təşkilatçılığı ilə onlayn formatda “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi”nə dair  beynəlxalq seminar keçirilir.

"Unikal" xəbər verir ki,  Beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri p.e.n., dos. N.Quliyev, kafedranın dosentləri G.Məmmədli, Ç.Əliyev, baş müəllimlər H.Məmmədova, F.Raşova, müəllim S.Qasımova iştirak edirlər.  Adıkeçən tədbir zamanı ATMU-nun kafedra müdiri dos. Novruz Quliyev Azərbaycanın ərazisi, coğrafiyası, flora və faunası, ölkəmizdə yetişdirilən üzüm sortları,həmçinin  şərabçılıq üzrə ixtisaslaşan müəssisələrin fəaliyyəti barədə danışıb.

Eyni zamanda ATMU-nun məqsəd və vəzifələrinə aydınlıq gətirib. “Azərbaycan Respublikasında spirtli içkilərin dövriyyəsinin idarə edilməsi və təşviqi”nə dair keçirilən beynəlxalq seminara ölkəmizin müxtəlif sənaye müəssisələrinin, elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin nümayəndələri də qatılıblar. 

Onlayn tədbir dekabrın 20-dək davam edəcək.