Ukraynanın Çerniqov rayonunun Brusilov kəndi yaxınlığında yük maşını və sərnişin mikroavtobusu toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.  Bildirilir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Qəzanın yolun sürüşkən olması nəticəsində baş verdiyini iddia edilir. Faktla bağlı araşdırma aparılır.