Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub. 

Bu barədə "Unikal"a universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib. 

***

09:19

Bakı metrosunda sərnişin dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə səhər saat 8:10-da baş verib: "Sərnişin qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov qeyd edib.