"Bu günə qədər Azərbaycan tərəfinin bütün əsir hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir. Müsbət anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işə son qoyacaqlar".

"Unikal" xəbər verir ki, bu sözləri Rusiya sülhməramlılarının əvvəlki komandan Rüstəm Muradov bildirib.

O qeyd edib ki, məhbusların geri qaytarılması ilə bağlı iş sülhməramlıların üzərinə düşür. 

Ağarza Elçinoğlu