Ötən gün Hindistanın Tamilnad ştatında göyərtəsində ölkənin Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravatın da olduğu “Mi-17B5” hərbi helikopteri qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki,  hind hərbçilər bu gün helikopterin “qara qutu”sunu və kabinədən diktofon aşkar ediblər.

Bildirilir ki, bu qurğuların deşifrə edilməsi sayəsində qəzanın səbəblərini aydınlaşdırmaq mümkün olacaq.

Qeyd edək ki, helikopterin qəzaya uğraması nəticəsində general Bipin Ravat, onun həyat yoldaşı və silahlı qüvvələrin digər 11 üzvü həlak olub.