Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Şuşanın Daşaltı kəndi ərazisində mina partlaması nəticəsində iki nəfər həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, həlak olanlardan biri Qobustan rayonu, Göydərə kənd sakini Orxan Xanatovdur. Onlar hazırda Sulutəpə qəsəbəsində yaşayırlar.

O.Xanatov ailənin böyük övladı olub. Özündən balaca qardaş və bacısı var. 22 yaşlı Orxan ailəli olub, iki qız övladı var.

Anar Kəlbiyev