Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Emin Məmmədəli oğlu Məmmədov təyinat alıb.

Qeyd edək ki, Emin Məmmədov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında müəllim işləyib.

Anar Kəlbiyev