Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Ümid qəsəbəsində baş verib.

Rayon sakini Cəfərov İlhamiz Araz oğlu həyat yoldaşı Cəfərova Aynurə Azim qızını və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib. Hər iki yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəni törədən İ.Cəfərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aprılır.

Həsən Adıgözəlov