Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində təşkil olunmuş 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64%-i səs verib. Beləliklə Sərkisyan seçkilərdə qalib gəlib.

İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Xatırladaq ki, gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib.

Üçüncü yerdə keçmiş baş nazir Raffi Ovanisyan qərarlaşıb – 2,15%. «Milli özünüdərk» birliyi» partiyasının lideri Paruyr Ayrikyan 1,23%, «Radio Hay»ın rəhbəri Andrias Qukasyan 0,57, eposşünas Vardan Sedrakyan 0,42% və qondarma «Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri» Arman Melikyan 0,24% səs toplayıblar.

Ermənistanda keçirilmiş prezident seçkilərində seçicilərin 60,05%-i, yəni 1 milyon 518 min nəfər iştirak edib.
Serj Sərkisyan yenidən Ermənistan prezidenti seçildi