Xəzər RİH-nin təşkilatçılığı ilə Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-cı il dönümü ilə əlaqədar “Zirə Eko Parkı”nda “Nizami ili” nə həsr olunmuş tədbir keçirilib.
"Unikal"
xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Aparatın əməkdaşları, Xəzər rayonunun Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının Aparat rəhbəri İlham Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini İlqar Fəhmi, Yazıçılar Birliyinin üzvü şair Kamal Hüseynzadə, Birliyin Xəzər rayon bölməsinin sədri Arif Əliyev, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun mədəniyyət, təhsil, səhiyyə ocaqlarının və qeyri hökümət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini İlqar Fəhmi açaraq, dahi Azərbaycan şairinin həyat və yaradıcılığındakı və Nizami ili çərçivəsində ölkədə keçirilmiş tədbirlərdən söz açdı.
Sonra Yazıçılar Birliyinin üzvü şair Kamal Hüseynzadə, Birliyin Xəzər bölməsinin sədri Arif Əliyev, şair Nicat Nəsri çıxış edərək dahi Azərbaycan şairinin həyat yaradıcılığından məlumat verdilər. 
Çıxışlardan sonra xanəndələr Hüseyn Məlikov və Məməd Nəcəfov ifasında Nizami yaradıcılığından mahnılar ifa etdilər.
Daha sonra  Xəzər RİH-nin başçısı çıxış edərək bildirmişdir ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Ötən müddət ərzində rayonda yubileylə bağlı müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. bugünkü tədbir də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. 
Tədbirin sonunda “Nizami ili” çərçivəsində Nizami irsinin təbliğində əldə etdikləri nailiyyətlərə görə bir qrup mədəniyyət işçisinə Xəzər RİH başçısının “Fəxri Fərmanları”, hədiyyələr təqdim olunmuş, Xəzər rayon rəssamlarının və heykəltəraşlarının Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur.