Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 738 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 701, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 247, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 14 790 nəfərdir.