İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub.

"Unikal" xəbər verir  ki,Rektor İlham Mədətov ali təhsil ocağında böyük elçi ilə görüşdən məmnun qaldığını, ATMU və İsrail səfirliyi arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin
əhəmiyyətini xüsusi vurğulayıb. İ.Mədətov ölkəmizdə ilk dəfə olaraq “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrin İsrailin nüfuzlu turizm müəssisələrində 6 aylıq istehsalat təcrübəsi ərzində peşəkar vərdişlərə yiyələndiklərini, təcrübə proqramının əhəmiyyətli olduğunu qeyd edib. İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik İsrail səfirliyinin bundan sonra da ATMU ilə əməkdaşlıqda maraqlı olduğunu dedi. Cari tədris ilində İsrailin geniş otellər şəbəkəsi ilə mövcud əlaqələrin perspektivlərini açıqladı. Görüş əsnasında müzakirə predmeti kimi ATMU ilə İsrail universitetləri arasında ikitərərəfli əməkdaşlıq imkanlarına daha çox maraq ifadə olundu.

Tədbirdə İsrail səfirinin müavini Doron Peer, İctimai diplomatiya üzrə köməkçisi Sahilə Mustafayeva, ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.