Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin iştirakı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunan "Ali Zirvənin Fatehləri" adlı tədbir keçirilib. 

Universitdən "Unikal"a xəbər verir ki, tədbirdə şəhid Əsəd Əsədli , şəhid mayor Rüfət Əsgərov, şəhid gizir Cavanşir Əhmədov, şəhid gizir Sadiq Azayev, şəhid Fikrət Məmmədov, şəhid Elnur Nurullayev, şəhid polkovnik-leytenant Sədi Musayev, şəhid leytenant Elvin Şükürlü, şəhid Aqşin Abdullayev, şəhid kapitan Sənan Kərimovun xatirəsi anılıb. Şəhid ailələrinin dəvət olunduğu tədbirdə müqəddəs şəhidlərimizə  həsr edilən xüsusi videoçarxa baxış keçirilib. Coşqun Cəfərinin "Anacan az ağla" musiqisi ilə tədbir sona yetib.

Qeyd edək ki, "Ali Zirvənin Fatehləri" adlı tədbirin təşkilatçıları ATMU-nun Sosial menecment fakültəsinin  “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının birinci kurs tələbələri- Məryəm Əlizadə və digərləridir.