Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti döyüşən tərəflər arasında sülhü qorumaq üçün mürəkkəb tapşırıqları yerinə yetirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin Müdafiə Nazirliyində keçirilən konfransda bildirib.

"Sülhməramlı qüvvələrimizin bölgəyə yeridilməsi ilə vəziyyəti sakitləşdirməyə nail olduq və indi planlaşdırılan işlərin yerinə yetirilməsi istiqamətində addımlar atılır. Həyat o bölgəyə tədricən qayıdır. İndi orada daha daha çox sülh və əmin-amanlıq var.

Bir il əvvəl, deyək ki, Qarabağda vəziyyətin son dərəcə ağır, son dərəcə gərgin olduğu vaxtlarda baş verənlərin hamısı bizim Ali Baş Komandanımızın [yəni, Rusiya Prezidenti Vladimir Putinin] səyləri ilə aradan qaldırıldı",  - Şoyqu bildirib.

Ağarza Elçinoğlu