Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində “Lexus” markalı minik avtomobili ilə avtobus toqquşub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla (2012-ci il təvəllüdlü) 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Hadisə bu gün yerli vaxtla saat 20.45 radələrində (Bakı vaxtı ilə 19.45) baş verib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, qəzanın səbəblərini müəyyənləşdirilir.