Ukrayna millətçilərinin lideri Stepan Banderanın anadan olmasının 113-cü ildönümü münasibətilə Kiyevin mərkəzində məşəl yürüşü keçirilir.

"Unikal" xəbər verir ki, Ukraynanın Azadlıq Partiyası, eləcə də bir sıra millətçi təşkilatların nümayəndələrindən ibarət neçə yüz nəfər Kiyevin Şevçenko parkına toplaşıb.

İştirakçılar məşəllər yandıraraq Kiyevin mərkəzinə doğru yürüş ediblər. Təşkilatçıların sözlərinə görə, tədbir Müstəqillik Meydanında başa çatacaq.