Türkiyədə həbsdən qaçan və Yunanıstanda yaşayan erməni yazıçı Sevan Nişanyan saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun arvadı İra Tzouru sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Yunanıstan hökuməti Nişanyanı Türkiyəyə təhvil verəcək.

Tzouru bildirib ki, Nişanyanın yaşayış icazəsini 1 illik uzatmaq istəyi dekabrın 29-da rədd edilmişdi:

“Yunanıstan rəsmiləri Sevan Nişanyanı dekabrın 30-da nəzakətlə polis idarəsinə dəvət etdilər. 1 saat keçdikdən sonra onu yaşayış icazəsinin bitməsi səbəbindən həbs etdilər”.