İranda son sutkada daha 1510 nəfər koronavirusa yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla ölkədə COVID-19-a yoluxanların sayı 6 196 913 nəfərə çatıb. Həmçinin, son 24 saat ərzində 41 nəfər COVID-19-dan ölüb.

Beləliklə, virusdan ölənlərin sayı 131 680 nəfərə yüksəlib.