Gürcüstanda koronavirusun "omikron" ştamına yoluxanların sayı 144 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, Gürcüstanda "omikron" ştamına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilmişdi. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş etmişdi.