"Bu il pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var".

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın virusologiya üzrə professoru Anatoli Altşteyn deyib. Professorun sözlərinə görə, koronavirus 2022-ci ildə bitəcək:

"Təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram. Normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya növbəti illərdə də davam edəcək".