İran Ərzaq və Dərman Administrasiyasının sədri Bəhram Darayi dövlət televiziyasında verdiyi açıqlamada ölkədə aparılan peyvənd araşdırmaları və istifadə edilən vaksinlər haqqında məlumat verib.

"Unikal" xarici KİV-ə  xəbər verir ki, B.Darayi xaricdən COVID-19-a qarşı vaksinlərin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.

"Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli vaksinlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal edəcəyimizi düşünürük”, - deyə B.Darayi qeyd edib.