NATO xarici işlər nazirləri yanvarın 7-də videokonfrans vasitəsilə fövqəladə iclasda görüşəcəklər.

"Unikal" xəbər verir ki, bunu NATO rəsmisi Oana Lunqesku deyib.

O bildirib ki, NATO xarici işlər nazirlərinin cümə günü keçiriləcək iclasında Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələrini artırması və Avropanın təhlükəsizlik məsələləri müzakirə ediləcək.