Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Gəncə şəhər BPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elgün Abbasov saxlanılıb.

Onun üzərindən 21,89 qram metamfetamin və 20,26 qram heroin aşkarlanıb. Abbasovun idarə etdiyi “Ford” markalı avtomobildə isə 50 qram metamfetamin və 984 qram heroinin saxlaması üzə çıxıb.

Faktla bağlı araşdırma davam edir.