CNBC-nin apardığı araşdırmaya görə, ABŞ prezidenti Co Baydenin reytinqi dekabrda yenidən rekord həddə aşağı düşüb və 44% təşkil edib.

"Unikal" xəbər verir ki, dekabrın 17-20-də 1895 respondentin (qeydiyyatda olan 18 yaşdan yuxarı seçicilərin) iştirakı ilə telefonla keçirilən sorğunun nəticələrinə görə, rəyi soruşulanların 56%-i ABŞ prezidentinin fəaliyyətini bəyənmir.

Tədqiqatda demokratlar və respublikaçıların demək olar ki, bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.

Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınmışdi. O zaman sorğuda iştirak edənlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirmiş, 46%-i isə onu dəstəkləmişdi.