ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp bəzi əşyalarının satışa çıxaracaq.

"Unikal" xəbər verir ki, o, 2018-ci ilin aprelində Fransa prezidenti Emmanuel Makronun ABŞ-a dövlət səfəri zamanı taxdığı papağını və akvarel rəsmini hərraca verəcək.

Keçmiş birinci  xanım  bununla bağlı açıqlamanı özünün “Twitter” səhifəsində paylaşıb.

Papağın qiyməti isə 250 min dollardır.