Qazaxıstan hüquq-mühafizə orqanları Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakbergen Tulepovu saxlayıb.

"Unikal" xarici  KİV-ə  istinadən xəbər verir ki,  Maliyyə Monitorinqi Departamenti maye qazın qiymətini heç bir səbəb olmadan qaldıran Tulepovla bağlı ibtidai istintaqa başlayıb.

Qeyd edək ki, qazın qiymətinin qalxması səbəbindən ölkədə aksiyalar başlayıb. Buna görə bəzi vilayətlərdə fövqəladə vəziyyət elan edilib.