Məşhur müğənni Özcan Dəniz iranlı modelyer Samar Dadgarla eşq  yaşayır.  

"Unikal" xəbər verir  ki, 50 yaşlı Özcan Dəniz özündən 24 yaş kiçik iranlı modelyer Samarla ilk dəfə birlikdə fotolarını paylaşıb. Belə ki, müğənninin bu  paylaşımına yüzlərlə  bəyəni  və şərh gəlib. 

 Qeyd edək ki, müğənni-aktyor Özcan Deniz 2019-cu ildə həyat yoldaşı Feyza Aktandan boşanıb.