"Manatın məzənnəsi dünya birjalarında müəyyənləşdirilmir. Məzənnə inzibati qaydada tənzimlənir, hökumətin və Azərbaycan Mərkəzi Bankının aldığı qərarlarla təyin edilir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dünyada baş verən proseslər birbaşa manatın məzənnəsinə təsir göstərmir:

"Obrazlı desək, manat kağız neftdir. Belə ki, manatın məzənnəsi neftin qiymətindən asılıdır. Hazırda qiymət yüksək səviyyədədir. Tədiyyə balansımızda müsbət saldo kifayət qədər yüksəkdir. Ötən ilin son nəticələri elan olunanda rəqəmləri daha dəqiq görəcəyik. İndiki qiymətlərlə manatın məzənnəsinə ciddi təhlükə görünmür. Neft 80 dollar civarındadır. 2022-ci ildə neft qiymətləri belə qalacaqsa, manata hansısa ciddi təzyiqlərin olacağını düşünmürəm. Neftin qiyməti 50 dollara və daha aşağı düşüb o səviyyədə uzun zaman qalarsa, manata olan təzyiqlər artacaq. Bu zaman hökumət məcburən devalvasiyaya gedə bilər".

Anar Kəlbiyev