Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfiri təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onun general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ilə Armen Sarkisyan onu rütbəsinin bərpa olunmasına dair sərəncam imzalayıb. 2020-ci ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib. Vaqarşak Arutyunyan 2020-ci ilin noyabrın 20-dən 2021-ci ilin iyulun 20-dək müdafiə naziri işləyib.