ABŞ-ın Filadelfiya (Pensilvaniya) şəhərində yaşayış binasında baş verən yanğında 13 nəfər həlak olub.

Bu barədə "Unikal" CNN-ə istinadən xəbər verir.

Hadisə üçmərtəbəli binada qeydə alınıb. Onun lokallaşdırılması təxminən 50 dəqiqə çəkib.

Yanğının mənbəyi və səbəbi hələ müəyyən edilməyib, yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.