Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində Qalağayın kənd sakinləri, 1963-cü il təvəllüdlü Əkbərov Mirzağa Möhübbət oğlu, 1991-ci il təvəllüdlü Nəsirov Fəqan Rüstəm oğlu və Zeynalov Elmar Rizvan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.