İtaliya "Udineze"si tam tərkibdə karantinə alınıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna komandada koronavirusa yoluxma hallarının artması səbəb olub.

Kollektiv yerli səhiyyə orqanının qərarı ilə yanvarın 5-dən 9-dək təcrid olunub. Bu üzdən "Udineze"nin "Fiorentina"ya, və "Atalanta"ya qarşı keçirəcəyi çempionat oyunları baş tutmayacaq.

Klub görüşlərin təxirə salınması xahişi ilə A Seriyasının rəhbərliyinə müraciət etsə də, bunun mümkün olmadığı bildirilib. Bu halda komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, indiyədək "Udineze"də 9 futbolçunun COVID-19 testi müsbət çıxıb.