Rusiyalı məşhur teatr və kino aktyoru Vladimir Qorodniçev vəfat edib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, aktyor 74 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, V.Qorodniçev “Albalı bağı”, “Son müddət”, “Çar Fyodor İoannoviç”, “Rusiyada kim yaxşı yaşayır”, "Lyuk", "Tacir qızı və sirli çiçək haqqında nağıl" kimi film və tamaşalarda rol alıb.