Bakıda yol qəzası zamanı gənc qız xəsarət alıb.

"Unikal" xəbər verir ki, qəza metronun Koroğlu stansiyasının qarşısında baş verib.

1999-cu il təvəllüdlü Həsənova Lamiyə Elxan qızı piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.