Türkiyədə koronavirusla bağlı yeni qərarlar qəbul edilib.

"Unikal" xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca Elm Şurasının iclasında açıqlamalarla çıxış edib.

“Koronavirus testləri pozitiv çıxanların karantin müddəti yeddi gün olaraq müəyyən edilib. Yeddi gündən sonra yüngül, ya da heç simptom göstərməyən şəxslər üçün karantin müddəti başa çatacaq. Testi müsbət çıxanlar yoluxmanın beşinci günü test verəccəkləri və mənfi çıxacağı halda, karantin müddəti bitəcək.

Təmasda olanlar son üç ay içində buster doza vurdurublarsa və ya xəstəliyi keçiriblərsə, karantinə alınmayacaqlar. Onlar maskadan istifadə etməklə gündəlik həyatlarına davam edəcəklər.

Məktəblərdə üz-üzə tədris davam edəcək. Ölkədə bütün müəssisələr bağlanmadan məktəblər bağlanmayacaq”, - deyə nazir bildirib.