Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışı ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyevin sözlərinə görə, hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***

15:26

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

***

13:52

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova şagirdi sillələyib.

"Unikal" xəbər verir ki, yayılan görüntülərdə onun digər şagirdi itələdiyi əks olunub.

Seymur Əli