Ekologiya və Təbii Sərvətlər nazirliyində struktur dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə, ETSN-nin Hüquq və İnsan resurslarının idarə edilməsi şöbələri birləşdirilib.

Yeni şöbə Hüquq və insan resursları şöbəsi adlanır. Şöbəyə rəhbərlik Aynurə Kərimovaya həvalə edilib.

Qeyd edək ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin sabiq müdiri Orxan Məhərrəmli bir müddət öncə 36 yaşında ürəktutmasından dünyasını dəyişib.

Hüseyn İsgəndərov