Qazaxıstanın təhlükəsizlik qüvvələrinə xəbərdarlıqsız atəş açmaq əmri verilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.

Qazaxıstan Prezidenti müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini bildirib.