Ermənistanın Parakar bölgəsində dinc sakinlərlə polis arasında toqquşma baş verib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, əks olunan videogörüntülərdə  polislərin sakinlərə qarşı fiziki zorakılıq tətbiq etdiyi görünür.

Qeyd edək ki, dekabrın 5-də Parakar icmasında keçirilən yerli seçkilər nəticəsində “Həyat naminə ölkə” partiyasından 21 nəfərlik ağsaqqallar şurasında 10 yer qazanıb, onların namizədi Volodya Qriqoryan isə 10 səslə mer seçilib. Daha sonra Ağsaqqallar Şurasının daha 11 üzvü gəlib. “David Minasyan” blokunun namizədi David Minasyan da 11 səslə mer seçildiyini bəyan edib. Bundan sonra bölgədə gərginlik yaranıb.

Gülayə  Mecid