NATO Qazaxıstandakı vəziyyətdən narahatdır.

"Unikal"ın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter"də bildirib.

“NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”, - NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.