Ermənistanda son sutkada koronavirusa (COVID-19) 195 yeni yoluxma qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 345 713-ə çatıb.

Son sutka ərzində infeksiyadan 2 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7999 nəfərə yüksəlib.