Çinin Çunçin şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı yeməkxana binasının dağıntıları altından 16 nəfərin meyiti çıxarılıb. Yaralı halda tapılanlar xəstəxanalara yerləşdirilib.

Çin Dövlət Şurasının (Nazirlər Kabineti) nəzdindəki Əməyin Təhlükəsizliyi Komitəsi hadisə ilə əlaqədar təhqiqat başladıb.