Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 306 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25249 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11471597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5181783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4692515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597299 təşkil edir.