Efiopiyanın şimal-qərbindəki Tiqray əyalətində məcburi köçkünlər üçün düşərgəyə endirilən hava zərbəsi nəticəsində azı 56 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, hücum yanvarın 7-də axşam saatlarında Eritreya ilə sərhəddə yerləşən Dədəbit şəhəri yaxınlığındakı düşərgəyə edilib. Nəticədə 56 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Efiopiya hökuməti hələ də hadisəylə bağlı məlumat verməyib.