Bolqarıstan Statistika Xidməti BULSTAT-ın sistemində yaranan problem nəticəsində 300 min nəfərin şəxsi məlumatları İnternetdə açıq şəkildə yayılıb.

"Unikal" xəbər verir ki, şəxsi məlumatı internetə sızanlar arasında ölkə başçısı, nazirlər və partiya rəhbərləri də var.

Parlament sədri və müavinlərinin, nazirlərin və tanınmış jurnalistlərin telefon nömrələri və ünvanları açıq şəkildə yayılıb. Ümumiyyətlə, barəsində məlumat yayılan şəxslərin hamısı tanınmış adamlardır.
Məlumatların sızması yanvarın 4-də BULSTAT barədə yeni qanun qüvvəyə minərkən ortaya çıxıb. Hazırda problemin aradan qaldırılması üçün iş gedir.