Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Əsgərli Ləman Xəlil qızı və 1995-ci il təvəllüdlü Mədətzadə Orxan Xəqani oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.